Bakı şəhərində 14, 16 və 18 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birincilikləri keçirilir. Naxçıvan Muxtar Respublikası yarışlara 1 nümayəndə, 5 nəfərlik məşqçi heyəti, fizioterapevt, 3 qız və 2 oğlandan ibarət komandalarla qatılıb.
Oğlanlardan ibarət “Naxçıvan – U14” və “Naxçıvan – 18” komandaları bürünc medallara sahib çıxaraq birincilikdə uğur qazanıblar. Hər iki komandanın üçüncülük görüşündəki rəqibi, "Oğuz RVK"-nın müvafiq yaş kateqoriyasındakı təmsilçiləri olub.
Qeyd edək ki, digər təmsilçimiz – 16 yaşadək qızlardan ibarət “Möminə Xatun” komandası birincilikdə mübarizəyə mayın 31-də qoşulacaq.